Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ və müttəfiqləri Yaxın Şərqdən Hind-Sakit Okean regionuna keçir
DÜNYA

ABŞ və müttəfiqləri Yaxın Şərqdən Hind-Sakit Okean regionuna keçir

21 Mart 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ və müttəfiqləri Asiyadakı potensial alovlanma nöqtələrinə daha yaxın raket sistemlərinin, dronların və sursatların yerləşdirilməsini və istehsalını artırmaq niyyətindədirlər.

Paraqraf.com xəbər verir ki, bu barədə “Rueters” agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton tərəfindən 2024-cü ilin may ayında yaradılan Hind-Sakit Okean Sənaye Dayanıqlığı Tərəfdaşlığı (PIPIR) Yaponiya ilə birgə raket mühərrikləri istehsalı üçün yeni bir proqrama başlamaq, Asiyada pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığı genişləndirmək və Filippində sursat istehsalı xəttinin açılması imkanlarını araşdırmağı özündə ehtiva edir.

Müvafiq razılaşmalar çərşənbə günü keçirilən assosiasiya iştirakçılarının virtual görüşünün ardından əldə edilib. Pentaqon qrupa iki yeni üzvün – Tailand və Birləşmiş Krallığın qoşulduğunu açıqlayıb. Bununla da, PIPIR iştirakçılarının ümumi sayı Hind-Sakit Okean regionu və Avropadan olmaqla 6 ölkəyə çatıb.

Bəyanata görə, Yaponiya bir çox dəqiq idarə olunan silah növlərində istifadə olunan bərk yanacaqlı raket mühərriklərinin istehsalı üzrə yeni proqramda aparıcı rol oynayacaq. Vaşinqton bu addımı ABŞ xaricində əsas silah komponentlərindən biri üçün istehsal gücünü genişləndirmək yolu kimi görür.

Dron sektorunda iştirakçılar batareyalar və kiçik mühərriklər üzrə əməkdaşlıq da daxil olmaqla, kiçik hərbi dronlar üçün vahid standartlar və regional təchizat zəncirləri hazırlamaq barədə razılığa gəliblər. Bundan əlavə, tərəflər müxtəlif hərbi missiyalar üçün PUA-ların birgə hazırlanması perspektivlərini araşdırmaq niyyətindədirlər.

Sursat sahəsində tərəfdaşlıq üzvləri Filippində təyyarələrdə və yerüstü hərbi nəqliyyat vasitələrində istifadə üçün 30 mm-lik sursatların doldurulması, yığılması və qablaşdırılması üçün yeni bir müəssisənin yaradılması imkanını da nəzərdən keçirəcəklər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pezeşkian Yaxın Şərqi yenidən qurmaq təklifi edib

Next

Türkiyə XİN İsrailin Suriyanın cənubuna hücumunu qınayıb

Copyright 2026— Praqraf.com. All rights reserved