20 Okt 2026, Ça

Azərbaycan neft məhsullarının ixracından qazancını 52 % artırıb

PAYLAŞIN:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 103 min 614,61 ton həcmində neft məhsulları ixrac edib.

Paraqraf.com-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 75 milyon 416 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən il ilə müqayisədə 7,1 % az, dəyəri isə 52 % çoxdur.

Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,06 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

 

Paraqraf.com 

Loading