21 Okt 2026, Ç

Rusiya Donetsk vilayətinə hava zərbəsi endirib, ölənlər və yaralananlar var

PAYLAŞIN:

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə hava zərbəsi endirib, nəticədə 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Paraqraf.com Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Şəhər Hərbi Administrasiyasının rəhbəri Vadim Lyax “Facebook”da bildirib.

“Saat 9:15 radələrində Rusiya şəhərin mərkəzi hissəsinə üç idarəolunan aviabomba ilə hava zərbəsi endirib. Azı altı çoxmərtəbəli bina və 10 avtomobil zədələnib. Hazırda aralarında 14 yaşlı qızın da olduğu 11 yaralı barədə məlumat var. Təəssüf ki, iki nəfər ölüb”, – V.Lyax yazıb.

 

Paraqraf.com 

Loading