Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur” – VİDEO
CƏMİYYƏT

Xırdalanda içməli su küçəyə axır: “Kimsə problemə məhəl qoymur” – VİDEO

09 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Xırdalan şəhəri, Nizami küçəsində içməli suyun küçəyə axması sakinlərin narazılığına səbəb olub.

Onların sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir. Aidiyyəti qurumun əməkdaşları əraziyə baxış keçirsələr də, problem hələ də aradan qaldırılmayıb.

Kimsə problemə məhəl qoymur. İcra hakimiyyətinə gedirsən, qapıdan qovurlar. Ev suyun içindədir, belə olmaz axı”, – deyə sakinlərdən biri Baku TV-yə bildirib.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edilib ki, şəhər ərazisində hər hansı qəza halının qarşısının alınması üçün qazıntı işlərinin aparılması məqsədilə aidiyyəti qurumlardan icazə alınması mütləqdir.

Vurğulanıb ki, sözügedən ünvanda bir neçə gün əvvəl yaranmış çətinlik barədə idarə məlumatlıdır və hazırda qəza qrupu tərəfindən müvafiq işlər aparılır.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AAAF Park 20 min manat cərimələndi

Next

Tahir İmanov vəhhabi olması iddialarına ilk dəfə cavab verdi – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved