21 Okt 2026, Ç

Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib

PAYLAŞIN:

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.

Bu barədə Paraqraf.com-a DGK-dan məlumat verilib.

Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda 4 fərqli ünvandan Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8 314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli icki aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Paraqraf.com

Loading