Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/SON DƏQİQƏ! Elçin Quliyevlə bağlı QƏRAR VERİLDİ
HADİSƏMANŞET

SON DƏQİQƏ! Elçin Quliyevlə bağlı QƏRAR VERİLDİ

08 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Dövlət Gömrük Komitəsi Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevi cərimələyib.

Dövlət Gömrük Komitəsi (DGK) “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsi ilə protokol tərtib edib.

Belə ki, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən Türkiyə Respublikasından gətirilən “diri atlar” yükü 77JN741/10ZC374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilib. Lakin həmin yükə dair sorğu nömrəli gömrük bəyannamələri gömrük orqanına təqdim edilməyib.

Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, idxal olunan yüklərə dair gömrük bəyannaməsi 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Nəticədə “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədib.

İşə məhkəmədə baxılıb.

Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati icraat aparılan “Azərbaycan Respublikasının Atçılıq Federasiyası”nın rəhbərliyinə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələr iştirak etməyib, səbəb barədə məhkəməyə məlumat verilməyib.

Məhkəmənin qərarına əsasən, “Atçılıq Federasiyası” İctimai Birliyinin rəhbəri Elçin Quliyev İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2009-cu ildən “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin prezidenti və qanuni təmsilçisidir./Qaynarinfo

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı, cinayət işi açıldı

Next

Könül Kərimovaya 245 minlik DƏLƏDUZLUQ: Evini saxta sənədlə başqasına satdılar

Copyright 2026— Praqraf.com. All rights reserved