Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azərbaycanla sülhə “YOX”? – SORĞU
MANŞETSİYASƏT

Azərbaycanla sülhə “YOX”? – SORĞU

08 Mart 2026 2 Min Read
PAYLAŞIN:

ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda sorğu keçirib. Parlament seçkilərinə üç qalmış – ötən ay təşkil edilən plebissitin nəticələrinə görə, respondentlərin ən çox səsini hakim “Vətəndaş Müqaviləsi” partiyası alıb –24%. Müxalifət partiyaları və blokları rəyi soruşulanların üst-üstə cəmi 15%-inin dəstəyi ilə kifayətlənməli olub.

Baş nazir Nikol Paşinyanın partiyasının bu dəfə də öndə olmasına rəğmən, 24%-lik ictimai dəstək əlbəttə ki, təkpartiyalı yeni hökumət qurmaq üçün yetərli deyil. Hakim qüvvə isə parlamentdə hətta indiki konstitusion üstünlüyü saxlamaq niyyətindədir. Deməli, bunun üçün qarşıdakı üç ayda (seçkilər iyunun 7-ə təyin olunub) çox çalışmaq, “tər tökmək” lazım gələcək.

Əsas da üç istiqamətdə – hakimiyyətin reytinqini artırmaq, Rusiyayönlü radikal-revanşist müxalifəti gözdən salıb onun elektoratını öz tərəfinə çəkmək və hələ də mövqeyini dəqiqləşdirməmiş böyük bir seçici kəsiminin etibarını qazanıb onu seçki məntəqələrinə gətirməyə həvəsləndirmək.

"Ermənistan tarixində belə bir seçki prosesi pozuntusu olmayıb"- “Ermənistan” blokundan BƏYANAT

Bunu həm də qonşu Azərbaycan və Türkiyə ilə sülh gündəliyini başa çatdırmaq zərurəti, eyni zamanda, bölgə ətrafında cərəyan edən təlatümlü proseslər tələb edir. Ümid edək ki, İranla bağlı baş verən olaylar, həmçinin, Naxçıvana xain dron hücumu erməni cəmiyyətini bir az da silkələyib ayıldacaq. Sülh və sabitliyin önəmini daha qiymətli edəcək və onun avantüristlərin arxasınca getmək həvəsini söndürəcək. Amma və lakin…

Məsələ ondadır ki, sorğunun digər nəticəsinə əsasən, rəyi soruşulanların 80%- Azərbaycanı, 69% isə Türkiyəni Ermənistana ən təhlükəli düşmənləri kimi göstəriblər. Bölgədə həmişə sülhə qarşı olan Rusiya yox, məhz Azərbaycan və Türkiyə! İlk baxışda həm qəribədir, həm də yox.

Buradan belə qənaət hasil olur ki, erməni cəmiyyətində Türkə nifrət, “miatsum” ideologiyası hələ də güclü olaraq qalır. Bu isə ən əvvəl Moskvanın xeyrinə işləməklə bərabər, konstitusiya referendumun müsbət nəticəsindən dolayı müəyyən suallar yaradır.

Maraqlıdır ki, sülh müqaviləsi paraflanandan, Azərbaycanın öz ərazisindən Ermənistana məhsulların daşınmasına icazə verəndən və qonşu ölkəyə vaxtaşırı neft məhsulları göndərəndən sonra da Türkə nifrət azalmayıb. Bu da kifayət qədər düşündürücüdür.

Əcəba, erməni cəmiyyəti Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer almayacağı yeni konstitusiyanın əleyhinəmi səs verəcək? Yəni hərb və sülh arasında seçimdə birincinimi seçəcək? Təbi ki, sual həm də Paşinyan iqtidarını qayğılandırmalıdır…

P.S. Görəsən analoji sorğu bizdə keçirilsəydi, hazırda Azərbaycan üçün ən təhlükəli ölkələrin başında hansı qonşu gələrdi?..

 

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İran rəsmisi: “Bəzi qonşu ölkələrə hücumlar davam edəcək”

Next

İranda yeni dini lider müəmması – Tramp qorxusu, yoxsa daxili ziddiyyətlər?

Copyright 2026— Praqraf.com. All rights reserved