Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Sumqayıt şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib – FOTOLAR
CƏMİYYƏT

Sumqayıt şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib – FOTOLAR

07 Mart 2026 6 Min Read
PAYLAŞIN:

Sumqayıtd şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, şəhid anaları, qazilər, həmçinin şəhərin müxtəlif sahələrində çalışan qadınlar iştirak ediblər.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni uğurlar arzulayıb. Şəhər rəhbəri bildirib ki, Azərbaycan qadını tarix boyu öz müdrikliyi, zəngin mənəvi dünyası, fədakarlığı və yüksək vətəndaşlıq mövqeyi ilə cəmiyyətimizin inkişafında mühüm rol oynayıb. O vurğulayıb ki, qadınlar yalnız ailə dəyərlərinin qoruyucusu kimi deyil, həm də ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirak edərək ölkəmizin tərəqqisinə dəyərli töhfələr verirlər.
Zakir Fərəcov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda uğurla davam etdirilir. Dövlətimizin həyata keçirdiyi sosial və iqtisadi islahatlar qadınların bilik və bacarıqlarını reallaşdırması, onların liderlik keyfiyyətlərinin üzə çıxması üçün əlverişli mühit formalaşdırıb.
Çıxış zamanı bildirilib ki, Azərbaycan qadınları tarixən milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəni irsimizin yaşadılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayıblar. Bu gün də onlar elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə uğurla fəaliyyət göstərərək ölkəmizin inkişafına öz töhfələrini verməkdə davam edirlər.
Vurğulanıb ki, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında, elmi və mədəni həyatında qadınların xüsusi xidmətləri vardır. Şəhərdə çalışan qadınlar müxtəlif sahələrdə peşəkarlıq nümayiş etdirərək, ictimai fəallıqları ilə şəhərin tərəqqisinə və dinamik inkişafına mühüm töhfələr verirlər.
Tədbirdə həmçinin qeyd olunub ki, Azərbaycan qadınının yüksək nüfuzu və ictimai fəallığı ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ilə daha da güclənir. Onun həyata keçirdiyi sosial, humanitar və mədəni layihələr cəmiyyətimizdə humanizm və mərhəmət dəyərlərinin təbliğinə, milli-mədəni irsimizin qorunmasına və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.

Sonda şəhərin ictimai həyatında fəal iştirak edən, müxtəlif sahələrdə uğurları ilə seçilən bir qrup qadına Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.

                    

                  

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İran Hörmüz boğazında neft tankerinə dronla hücum edib

Next

Polşa Rusiyanın Ukraynaya gecə endirdiyi zərbələrə görə hərbi aviasiyanı havaya qaldırıb

Copyright 2026— Praqraf.com. All rights reserved