21 Okt 2026, Ç

Samuxda qadın bıçaqlanıb, şübhəli qismində oğlu saxlanılıb

PAYLAŞIN:

Samuxda qadın bıçaqlanıb.

Paraqraf.com-un məlumatına görə, hadisə Əhmədbəyli kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə isə E.Ələkbərovanın oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading