Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib
SİYASƏT

Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib

07 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş ilə regionda cərəyan edən prosesləri müzakirə edib.

Bu barədə Paraqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tərəflər arasında baş tutan telefon danışığı zamanı spikerlər İran tərəfindən hər iki ölkənin ərazisinə və mülki əhalisinə qarşı həyata keçirilən əsassız hücumlarla bağlı ciddi narahatlıqlarını ifadə edərək bu cür hərəkətləri qətiyyətlə pisləyiblər.

Tərəflər vurğulayıblar ki, həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri xalqları sülh və sabitliyin tərəfdarıdır və mülki əhaliyə qarşı yönəlmiş belə hücumlar qəbuledilməzdir.

Saqr Qobaş son hadisələr fonunda Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan, ölkə rəhbərliyi və xalqla həmrəy olduğunu vurğulayaraq, dost ölkələr arasındakı həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Spikerlər gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edərək, xalqları təmsil edən parlamentlərin dialoq və qarşılıqlı anlaşmanın təşviqində özünəməxsus rol oynadığını bildiriblər.

Telefon danışığı zamanı, həmçinin dövlətlərin suverenliyinə hörmət göstərilməsinin, beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə riayət edilməsinin, habelə regionda təhlükəsizlik və sabitliyin qorunması üçün dost ölkələr arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Regional təhlükəsizlik və sabitliyin qorunması baxımından dost ölkələr arasında koordinasiya və məsləhətləşmələrin gücləndirilməsinin önəmi ifadə edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

Next

İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Copyright 2026— Praqraf.com. All rights reserved