Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 7
  • ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026 8 minutes read
0e8fa026b72dab815ac697f82ce8e78a
PAYLAŞIN:

Qərb mətbuatının hesablamaları onu göstərir ki, uzunmüddətli müharibə yalnız Yaxın Şərq regionu deyil, həm də ABŞ iqtisadiyyatı üçün də ağır maliyyə yükü yarada bilər… Üstəlik, bu müharibə daha geniş areala yayılacağı təqdirdə, ABŞ-ın savaş xərclərinin və iqtisadi itkilərinin indiki ilə müqayisədə dəfələrlə arta biləcəyi qətiyyən istisna deyil…

Yaxın Şərqdə yeni böyük hərbi qarşıdurma təhlükəsi tədricən daha inandırıcı görüntülər almağa başlayıb. Belə ki, ABŞ-İsrail tandeminin İran ilə müharibəsinin yaxın vaxtlarda yeni qlobal geopolitik bloklaşmaya çevrilə biləcəyi qətiyyən istisna edilmir. Və bu, bütün dünya üçün növbəti qlobal savaş təhlükəsini ön plana çəkmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqdə baş verən son hadisələr regionun yalnız lokal münaqişə məkanı olmadığını bir daha göstərmiş oldu. ABŞ-İsrail tandemi və İran arasında sürətlə dərinləşən hərbi toqquşmalar artıq regional çərçivəni də aşaraq, böyük dövlətlərin dolayı qarşıdurmasının yeni mərhələsinə çevrilmək təhlükəsi yaradır. Çünki son məlumatlar onu göstərir ki, bu proses təkcə hərbi əməliyyatlarla deyil, həm də siyasi-diplomatik və geopolitik manevrlərlə müşayiət olunur.

607b7a23-bc4d-4b7e-9621-ac57ddf54bd7.jpg (200 KB)

Məsələ ondadır ki, “The Washington Post” qəzetinin Ağ Ev rəsmilərinə istinadən yaydığı iddialara görə, Rusiya gizli kanallar vasitəsilə Irana ABŞ hərbi gəmiləri və təyyarələrinin koordinatları barədə məlumat ötürür. Kreml isə bu iddiaları birmənalı şəkildə rədd edir. Eyni zamanda, Rusiyanın buna paralel olaraq, hərbi münaqişənin dayandırılması üçün öz vasitəçilik rolunu təklif etməsi də diqqət çəkir.

Maraqlıdır ki, İranın Xarici İşlər Nazirliyi isə daha açıq mövqe nümayiş etdirərək, Rusiya və Çinin rəsmi Tehranı “siyasi və digər vasitələrlə” dəstəklədiyini bəyan edib. Bu açıqlama Yaxın Şərqdəki hərbi-siyasi böhranın artıq daha genişmiqyaslı geopolitik müstəviyə keçməkdə olduğunu göstərir. Və beləliklə, bu proses tədricən iki qlobal blokun dolayısı hərbi qarşıdurmasına çevrilməyə başladığını biruzə verir.

Belə anlaşılır ki, ABŞ və onun regional müttəfiqləri ilə İran və onu dəstəkləyən qlobal güclər arasında kəskin hərbi-strateji qarşıdurma artıq inkaredilməz reallıqdır. Bu isə istənilən halda, hərbi münaqişənin artıq lokal qarşıdurmadan geostrateji sistem rəqabətinə çevrilə biləcəyini göstərir. Və bu, o deməkdir ki, ABŞ-İsrail tandemi üçün sürətli qələbə ehtimalı boşa çıxa, eyni zamanda, müasir dünyanı yaxın gələcəkdə daha böyük hərbi-strateji sarsıntılar gözləyə bilər.

Onu da qeyd etmək lazımdır ki, indi yaranmış hərbi-siyasi situasiyanın tarixi örnəkləri də mövcuddur. Belə ki, 2003-cü ildə ABŞ prezidenti Corc Buş İraq savaşından geri qayıtmış nəhəng hərbi gəminin göyərtəsində çıxış edərək, “Missiya yerinə yetirildi” bəyanatını vermişdi. Onun bu bəyanatı Iraq savaşı kontekstində ABŞ-ın hərbi qələbəsinin elan edilməsi kimi təqdim olunmuşdu.

Ancaq sonrakı illər onu göstərdi ki, İraq müharibəsi qısamüddətli hərbi kampaniya olmadı. Yəni, ABŞ bu regionda onilliklərlə davam edən qeyri-sabitliklə və xaosun diktaturası ilə üzləşdi. İraq ərazisində silahlı münaqişə yeni radikal terrorçu qrupların yaranmasının və regional güc balansının dəyişməsinin əsas səbəblərindən birinə çevrildi. Və indi məhz həmin aviadaşıyıcının ABŞ sahillərinə geri dönərək, yenidən İran böhranı fonunda gündəmə gəlməsi tarixin müəyyən mənada, təkrar olunması barədə müzakirələri gücləndirir.

Ancaq ABŞ-ın savaş bölgəsinə üçüncü aviadaşıyıcı qrup göndərməyə hazırlaşması hərbi eskalasiyanın ciddi səviyyəyə çatdığını göstərir. ABŞ Hərbi Dəniz Qüvvələrinin planlarına görə, bölgəyə “USS George H.W. Bush” (CVN-77) aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu göndərilə bilər. Halbuki, hazırda regionda artıq iki aviadaşıyıcı fəaliyyət göstərir. “USS Abraham Lincoln” və “USS Gerald R. Ford”dan sonra daha üçüncü aviadaşıyıcı qrupunun da eyni regionda yerləşdirilməsi, adətən, yalnız genişmiqyaslı hərbi əməliyyatlar, yaxud strateji güc nümayişi zamanı baş verir.

Bəzi iddialara görə, bu, ABŞ-ın hərbi eskalasiyanın mümkün yeni mərhələsinə hazırlaşdığını göstərən mühüm əlamətlərdən biri hesab olunur. Bu baxımdan, İranla müharibənin ABŞ üçün olduqca bahalı hərbi məşğuliyyətə çevrilə biləcəyi artıq qətiyyən istisna edilmir. Və ona görə də, hazırda Qərb mətbuatı tədricən İran müharibəsinin məhz maliyyə-iqtisadi tərəfini daha ön plana çəkməyə başlayıb.

Məsələ ondadır ki, Qərb mətbuatının ilkin hesablamalarına görə, yalnız İrana qarşı hərbi əməliyyatların ilk 100 saatı ABŞ üçün təxminən 5,82 milyard dollara başa gəlib. Belə ki, Ağ Evin hərbi əməliyyatlara çəkdiyi xərclərin təxminən 3,3 milyard dollar, İranın cavab zərbələri nəticəsində itirilmiş ABŞ hərbi infrastrukturunun dəyərinin isə 2,52 milyard dollar olduğu bildirilir. Bundan başqa, silah-sursat ehtiyatlarının bərpası 3,1 milyard dollara, gündəlik əlavə xərclər 758 milyon dollara başa gəlir. Və regionda yerləşən aviadaşıyıcı qrupların təminatı isə gündəlik təxminən 15 milyon dollar təşkil edir.

412214Снимок.JPG (182 KB)

Bu rəqəmlər onu göstərir ki, uzunmüddətli müharibə yalnız Yaxın Şərq regionu deyil, həm də ABŞ iqtisadiyyatı üçün də ciddi maliyyə yükü yarada bilər. Üstəlik, bu müharibə daha geniş areala yayılacağı təqdirdə, ABŞ-ın savaş xərclərinin və iqtisadi itkilərinin dəfələrlə arta biləcəyi qətiyyən istisna deyil. Və eyni zamanda, hazırkı vəziyyət savaşın uzanmasına səbəb olarsa, bu, bəzi hərbi-strateji nəticələr də doğura bilər.

Birincisi, ABŞ və İran arasındakı hərbi qarşıdurma genişmiqyaslı regional müharibəyə çevrilə bilər. Üstəlik, İsrail faktorunun bu müharibədə aktiv iştirakı isə belə təhlükə riskini daha da artırır. İkincisi, bu münaqişə qlobal güclərin dolayı rəqabət platformasına çevrilmə təhlükəsinə də münbit şərait yaradır. Xüsusilə də, Rusiya-Çin tandeminin İranı siyasi və potensial texniki vasitələrlə dəstəkləməsi ilə bağlı ehtimalı isə yeni geopolitik bloklaşma da yarada bilər.

Nəhayət, müasir savaş tarixi həm də onu göstərir ki, Yaxın Şərqdə qısamüddətli hərbi əməliyyatlar çox vaxt uzunmüddətli münaqişələrə çevrilir. İraq müharibəsinin təcrübəsi bu baxımdan, olduqca önəmli örnəkdir. Ona görə də, Yaxın Şərqdə baş verən hadisələr yalnız regional deyil, həm də qlobal təhlükəsizlik sisteminin gələcək taleyini müəyyən edə biləcək hərbi-strateji proseslər kimi qiymətləndirilir.

Elçin XALİDBƏYLİ

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb
Next: “Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.