Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ilə Belarus və slovakiyalı həmkarkarı arasında telefon danışıqları olub.
Paraqraf.com xəbər verir ki, danışıqlar xarici həmkarların təşəbbüsü ilə baş tutub.
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini Pavel Muraveyko və Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Daniel Zmeko ilə danışıqlar zamanı regiondakı vəziyyət, təhlükəsizlik məsələləri, habelə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı mülki infrastruktura İran silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə etdiyi hücumlara toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusi qeyd ediblər.
Kərim Vəliyev tutduqları mövqe və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.
Paraqraf.com
![]()
