Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib
SİYASƏT

ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib

06 Mart 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

Paraqraf.com xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“ABŞ İran dronlarının Naxçıvana hücumlarını qətiyyətlə pisləyir, Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir. ABŞ-nin Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və xəsarət alanların tezliklə sağalmasını arzulayır”, – paylaşımda bildirilib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini iyrənc terror aktı adlandırıb. Prezident bəyan edib ki, İran rəsmiləri izahat verməli, Azərbaycan tərəfindən üzr istəməli, bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah külək güclənəcək, yağıntı intensivləşəcək

Next

ABŞ lideri neftin bahalaşmasından narahat olmadığını bildirib

Copyright 2026— Praqraf.com. All rights reserved