Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/ING: 2026–2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,75 % artacaq
İQTİSADİYYAT

ING: 2026–2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,75 % artacaq

05 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda iqtisadi artımın 2026-cı ildə 2,5 %, 2027-ci ildə isə 3 % təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə Paraqraf.com ING-yə istinadən xəbər verir.

Ötən proqnozlarla müqayisədə cari il üçün ÜDM-in artım templəri 0,3 faiz bəndi azaldılıb, 2027-ci il üçün isə 1 faiz bəndi artırılıb.

Beləliklə, ölkənin ÜDM-inin 2026-2027-ci illərdə orta illik artımı 2,75 % səviyyəsində proqnozlaşdırılır.

Bankın qiymətləndirmələrinə görə, 2026-cı ilin I rübü üçün iqtisadi artım proqnozu 3 %, II rüb üçün 2 %, III rüb üçün 4 %, IV rüb üçün 1 % təşkil edir.

Bundan əlavə, 2027-ci ilin I rübündə 3 %, II rübündə 3,5 %, III rübündə 2 % və IV rübündə 3,5 % səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi ÜDM-in artımını 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 %, Azərbaycan Mərkəzi Bankı isə ölkədə iqtisadi artımı cari ildə 2,4 %, gələn il isə 2,9 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri isə fərqlənir: “S&P Global” 2026-cı ildə 2 %, “Fitch Ratings” – 2,5 %, “Moody’s” – 2,5 %, BVF – 2,1 % artım gözləyir.

Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımı 2026-cı ildə 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2026-cı ildə 2 %, 2027-ci ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırır.

Dünya Bankı Azərbaycanın ÜDM-inin artımını 2026-cı ildə 1,8 %, 2027-ci ildə 1,7 % səviyyəsində gözləyir.

BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanda iqtisadi artım 2026-cı ildə 2,7 %, 2027-ci ildə 2,6 % təşkil edəcək.

“Fitch Solutions”un gözləntilərinə əsasən, Azərbaycanın real ÜDM artımı 2026-cı ildə 2,5 % təşkil edəcək.

2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar

Next

İlham Əliyev: Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə barışmayacağıq

Copyright 2026— Praqraf.com. All rights reserved