Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 2
  • Azərbaycan yanvarda Aİ ölkələri ilə 1,8 milyard dollarlıq ticarət aparıb

Azərbaycan yanvarda Aİ ölkələri ilə 1,8 milyard dollarlıq ticarət aparıb

admin 02 Mart 2026 3 minutes read
0f187a2f-f7c8-398a-beb0-b3843fb5b36c_1200
PAYLAŞIN:

Bu ilin yanvar ayında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 781 milyon 262 min ABŞ dolları təşkil edib.

Paraqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 % azdır.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 33,6 % azalaraq 1 milyard 596 milyon 934 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 13,4 % azalaraq 184 milyon 328 min ABŞ dolları olub. Yanvarda Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,4 %, ümumi idxalında payı isə 14,15 % təşkil edib.

Ay ərzində Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Rumıniya, Almaniya, Bolqarıstan və Yunanıstan ilə formalaşıb.

Belə ki, İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 230 milyon 394 min ABŞ dolları olub ki, bunun da 1 milyard 186 milyon 941 min ABŞ dolları ixracın, 43 milyon 453 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 14,1 %, o cümlədən ixrac 15 % azalıb, idxal isə 13,9 % artıb.

Rumıniya ilə ticarət dövriyyəsinin dəyəri 100 milyon 966 min ABŞ dolları təşkil edib ki, bunun da 96 milyon 939 min ABŞ dolları ixracın, 4 milyon 27 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 12,2 %, o cümlədən ixrac 8,8 %, idxal isə 55 % azalıb.

Almaniya ilə ticarət dövriyyəsinin dəyəri 94 milyon 919 min ABŞ dolları təşkil edib ki, bunun da 49 milyon 406 min ABŞ dolları ixracın, 45 milyon 512 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 66,5 %, o cümlədən ixrac 78,4 %, idxal isə 17,4 % azalıb.

Bolqarıstanla ticarət dövriyyəsinin dəyəri 86 milyon 872 min ABŞ dolları olub ki, bunun da 85 milyon 822 min ABŞ dolları ixracın, 1 milyon 50 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 34,2 %, o cümlədən ixrac 38,6 % artıb, idxal isə 63 % azalıb.

Yunanıstanla ticarət dövriyyəsinin dəyəri isə 55 milyon 72 min ABŞ dolları təşkil edib ki, bunun da 45 milyon 938 min ABŞ dolları ixracın, 9 milyon 134 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 48 %, o cümlədən ixrac 53 % azalıb, idxal isə 6 % artıb.

 

Paraqraf.com 

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ermənistan İrana humanitar yardım təklif edib
Next: Azərbaycan və Türkiyə XİN başçıları: Regional eskalasiyanın daha geniş coğrafiyaya yayılması yolverilməzdir

OXŞAR MÖVZULAR

hXPKD2P9b7F5bZXh1l9BPL2U7gUnNQUaaVjt8ZIx_1200

Azərbayсan ət idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

admin 23 Aprel 2026
Dovlət-Vergi-Xidməti

Dövlət Vergi Xidmətinə müraciətlərin sayı 14 %-ə yaxın azalıb

admin 23 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycanın vergi orqanları I rübdə 89 cinayət işi açıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.