21 Okt 2026, Ç

“Turan Tovuz” – “İmişli” matçı qolsuz başa çatıb

PAYLAŞIN:

Misli Premyer Liqasının XXII turunda daha bir matç keçirilib.

Paraqraf.com xəbər verir ki, “Turan Tovuz” “İmişli” ilə qarşılaşıb.

“Azərsun Arena”da baş tutan görüşdə qapılara qol vurulmayıb.

Turun mərkəzi qarşılaşmasında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la üz-üzə gələcək.

Bu nəticədən sonra “Turan Tovuz” hazırda 41 xalla üçüncü pillədə qərarlaşıb. 21 xala malik “İmişli” 9-cu yerdədir

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında “Kəpəz” “Sumqayıt”ı (3:0), “Zirə” “Araz–Naxçıvan”ı (1:0) məğlub edib. “Neftçi” – “Şamaxı” (2:2) və “Qəbələ” – “Karvan-Yevlax” (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.

 

Paraqraf.com 

Loading