Azərbaycan və Ermənistan beynəlxalq təşkilatlar çərçivəsində etimad quruculuğu tədbirlərini müzakirə edib
Azərbaycan və Ermənistan çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Paraqraf.com-a Azərbaycanın xarici işlər nazirliyindən verilən məlumata görə, müzakirələri iki ölkənin XİN başçılarının müavinləri Elnur Məmmədov və Robert Abisoğomonyan aparıblar.
Onlar fevralın 24-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.
Paraqraf.com
![]()