21 Okt 2026, Ç

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start veriləcək

PAYLAŞIN:

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start veriləcək.

Paraqraf.com-un məlumatına görə, “Murov Az Terminal” kollektivi “Gənclər” komandası ilə üz-üzə gələcək.

Matçın start fiti Abşeron Olimpiya İdman Kompleksində, saat 16:00-da səslənəcək.

Qadın voleybolçular arasında isə XIII turun son matçı keçiriləcək. “Gəncə” doğma meydanda “Gənclər” komandasını qəbul edəcək.

Bu görüş Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.

Paraqraf.com 

Loading