Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Beynəlxalq döyüş gecəsində azərbaycanlı idmançılar uğurla çıxış edir
İDMAN

Beynəlxalq döyüş gecəsində azərbaycanlı idmançılar uğurla çıxış edir

15 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Fevralın 14-də Gürcüstanın Batumi şəhərində döyüş idmanları üzrə beynəlxalq turnirə start verilib.

Paraqraf.com xəbər verir ki, yarış Georgian Fighting Championship (GFC) və Grand Bellagio Championship-in birgə təşkilatçılığı ilə keçirilir.

Döyüş gecəsi yerli vaxtla saat 20:00-da başlayıb. Turnir çərçivəsində müxtəlif çəki dərəcələrində ümumilikdə 10 döyüş nəzərdə tutulub. Yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar qüvvələrini sınayırlar.

Gecənin 3-cü döyüşündə Sandro Datanaşvili ilə Elvin Kamilli üz-üzə gəlib. Qarşılaşmada Elvin Kamilli rəqibini məğlub edərək Azərbaycana qələbə qazandırıb. Turnir hazırda davam edir və bu döyüş gecəsində Azərbaycanı ümumilikdə 3 idmançı təmsil edir.

Gürcüstanda yaşayan, Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyevin braziliyalı rəqibi ilə döyüşü də proqramda yer alır. Onun qarşılaşması azarkeşlər tərəfindən böyük səbirsizliklə gözlənilir.

Azərbaycanı təmsil edən idmançılardan biri də 27 yaşlı Tural Əsgərovdur. İndiyədək keçirdiyi döyüşlərdə 4 qələbə və 3 məğlubiyyət əldə edən Tural Əsgərov “Ruslan” klubunun üzvüdür və Bakı şəhərini təmsil edir.

Tədbiri izləmək üçün Azərbaycandan bir sıra tanınmış idmançılar və məşqçilər, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyi və konsulluğunun nümayəndələri, eləcə də yerli icma təmsilçiləri Batumi şəhərinə səfər ediblər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Əl-Nəsr” Ronaldunu ilk dəfə start heyətinə daxil edib

Next

Premyer Liqa: “Neftçi” “Kəpəz”lə, “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə gələcək

Copyright 2026— Praqraf.com. All rights reserved