Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Parlament bələdiyyələrin illik hesabatını qəbul edib
MANŞET

Parlament bələdiyyələrin illik hesabatını qəbul edib

13 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsini qəbul edib.

Paraqraf.com xəbər verir ki, məruzə parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məruzəni təqdim edən ədliyyə nazirinin müavini Toğrul Hüseynov bildirib ki, sənədə əsasən, keçən il Azərbaycanda bələdiyyələrlə bağlı cinayət əlamətləri aşkarlanaraq toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Bildirilib ki, həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-i üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.

Məruzədə qeyd edilib ki, Ədliyyə Nazirliyi ötən il 3 142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğvi üçün bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verib.

Nəticədə 3 121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Vurğulanıb ki, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.

İllik məruzə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması son oxunuşda qəbul edilib

Next

Ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulması təklifi ilk oxunuşda qəbul edilib

Copyright 2026— Praqraf.com. All rights reserved