Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Bakıda tıxac probleminə böyük zərbə: 9-cu mikrorayon–Biləcəri arasında yeni yol açılır
MANŞETÖZƏL

Bakıda tıxac probleminə böyük zərbə: 9-cu mikrorayon–Biləcəri arasında yeni yol açılır

13 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

9-cu mikrorayondan Biləcəri qəsəbəsinə yeni avtomobil yolunun çəkilməsi nəzərdə tutulur. Bununla da paytaxtın nəqliyyat xəritəsində yeni bir arteriya formalaşacaq. Layihə yalnız iki ərazini birləşdirməklə kifayətlənməyəcək, eyni zamanda Bakının ən yüklü tıxac nöqtələrindən birində sıxlığın azaldılmasına xidmət edəcək.

Məlumata görə, layihə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı çərçivəsində həyata keçirilir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Paraqraf.com”a açıqlamasında bildirib ki, yeni yol şəhərin şimal-qərb nəqliyyat strukturuna ciddi təsir göstərəcək:

“Hazırda 9-cu mikrorayon və Biləcəri qəsəbəsi istiqamətində əsas nəqliyyat yükü Ziya Bünyadov prospekti və Binəqədi şossesi üzərinə düşür. Yeni yol istifadəyə veriləndən sonra nəqliyyat axını bölünəcək və sürücülər üçün alternativ marşrut yaranacaq. Bu da vaxt itkisini və sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq. 9-cu mikrorayondan Biləcəri qəsəbəsinə çəkiləcək yol tıxacların azalmasına real töhfə verəcək”.

Ekspert əlavə edib ki, sözügedən istiqamətlərdə paytaxtın çıxışlarına doğru bir neçə əlavə yolun salınması da planlaşdırılır:

“Bu layihə ümumi planın tərkib hissəsidir. 2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı mövcuddur. Həmin proqram çərçivəsində 2030-cu ilə qədər paytaxt və ətrafında yol infrastrukturu sahəsində ciddi dəyişikliklər gözlənilir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər

Next

Zahid Oruc: “Ramiz Mehdiyevin “dövlət çevrilişi planı”nın baş tutması qeyri-mümkün idi”

Copyright 2026— Praqraf.com. All rights reserved