Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Aİ Azərbaycanda bələdiyyələrin layihələrinə 5 milyon avro ayıracaq
İQTİSADİYYAT

Aİ Azərbaycanda bələdiyyələrin layihələrinə 5 milyon avro ayıracaq

13 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Azərbaycanda bələdiyyələr üçün 5 milyon avro dəyərində layihələr həyata keçiriləcək.

Paraqraf.com xəbər verir ki, bunu Merlər Razılaşmasının Yerli Dayanıqlı İnkişaf koordinatoru Maksim Vereşçak “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Merlər Razılaşması çərçivəsində Azərbaycanda 6 bələdiyyəyə layihələrin hazırlanmasında yardım göstərilir: “Layihələri maliyyələşməyə hazır vəziyyətə gətirmək üçün onlar üçün yaşayış və ictimai binaların enerji auditini həyata keçirmişik. Beləliklə, indi əlimizdə potensial investorlara təqdim edə biləcəyimiz 11 bina üzrə 11 sənəd var.

Bu layihələrin ümumi dəyəri 5 milyon avrodan çoxdur”.

M. Vereşçak vurğulayıb ki, adı çəkilən layihələr Mingəçevir, Xırdalan, Şəki, Yevlax, Gəncə və Şamaxıda həyata keçiriləcək: “Söhbət Mingəçevirdə 3 yaşayış binası, Xırdalanda 1 məktəb və 1 uşaq bağçası, Şəkidə 3 uşaq bağçası, Yevlaxda 2 məktəb və 1 uşaq bağçasından gedir. Bu layihələrin reallaşdırılması nəticəsində bələdiyyələr ildə 200 min avroya qənaət edəcək. Bundan başqa, 3 300 meqavat elektrik enerjisinə də qənaət olunacaq. Bu, ildə 660 ton karbon emissiyasının azaldılması deməkdir”.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib

Next

Azərbaycan neftinin qiyməti 70 dollara düşüb

Copyright 2026— Praqraf.com. All rights reserved