Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 12
  • Zəhra Quliyeva: “Cəsarətsizlik əslində qorxunun başqa adıdır”

Zəhra Quliyeva: “Cəsarətsizlik əslində qorxunun başqa adıdır”

admin 12 Fevral 2026 3 minutes read
WhatsApp Image 2026-02-12 at 19.00.08
PAYLAŞIN:

Cəsarət insan xarakterinin əsas xüsusiyyətlərindən biri hesab olunur. Lakin reallıq göstərir ki, bir çox insanlar məhz cəsarətsizlik səbəbindən istədikləri mövqeyə çata bilmir, arzularını reallaşdırmaqda çətinlik çəkirlər. Bəzən bir addım atmaq, bir söz demək və ya bir hissi etiraf etmək qədər sadə görünən məsələlər belə insanın daxilində ciddi tərəddüd və narahatlıq yaradır. “Bəlkə alınmaz?”, “Bəlkə məni rədd edərlər?”, “İstədiyim vəzifəyə çata bilmərəm?” kimi suallar arzuların gerçəkləşməsinə maneə törədir.

Mövzu ilə bağlı psixoloq Zəhra Quliyeva Paraqraf.com-a bildirib ki, cəsarətsizlik əksər hallarda qorxunun təzahür formasıdır və bunun bir neçə psixoloji səbəbi var:

“İlk növbədə uğursuzluq qorxusu insanı risk etməkdən çəkindirir. Şəxs mümkün nəticələri əvvəlcədən neqativ ssenari üzrə təsəvvür edir və beynin qoruyucu mexanizmi onu təhlükədən uzaq tutmağa çalışır. Bu isə təşəbbüs göstərməyə mane olur.

Digər mühüm amil itirmək qorxusudur. Bəzi hallarda insanlar mövcud vəziyyətdən narazı olsalar belə, onu dəyişmək üçün addım atmırlar. Çünki düşünürlər ki, ‘Heç olmasa bu var, onu da itirməyim’. Bu yanaşma inkişaf imkanlarını məhdudlaşdırır”.

Psixoloq qeyd edib ki, keçmiş travmalar da cəsarətsizliyə təsir göstərir:

“Əvvəllər uğursuz təcrübə yaşamış və ya emosional zərbə almış insan növbəti dəfə risk etməkdən daha çox çəkinir. Bu zaman əvvəlki mənfi təcrübə yeni addımların qarşısını alan psixoloji baryerə çevrilir. Özünə inamsızlıq da əsas səbəblərdən biridir. ‘Mən bacarmaram’ kimi daxili inamın zəif olması cəsarətin formalaşmasına mane olur. Halbuki cəsarət qorxunun olmaması deyil, qorxuya baxmayaraq addım ata bilməkdir”.

Z. Quliyevanın fikrincə, bu vəziyyətdən çıxış yolu kiçik risklərlə başlamaqdır:

“Birdən-birə böyük və radikal qərarlar vermək əvəzinə, mərhələli şəkildə irəliləmək daha effektiv nəticə verir. Eyni zamanda insan öz daxili dialoqunu dəyişməlidir. ‘Mən bacarmaram’ düşüncəsini ‘Çətin ola bilər, amma cəhd edə bilərəm’ yanaşması ilə əvəz etmək psixoloji baxımdan mühüm addımdır. Qorxu insanın düşməni deyil. Onu qəbul edib idarə etməyi öyrənmək cəsarətin formalaşmasında əsas şərtlərdən biridir”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 26 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: DİM: “İmtahanın çətin olması ilə bağlı bəzi iştirakçıların səsləndirdiyi mülahizələr həqiqətə uyğun olmur”
Next: Tarixdə bu gün – 12 fevral

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.