21 Okt 2026, Ç

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilir

PAYLAŞIN:

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilir.

Paraqraf.com xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.

Saat 16:00-da “Azərreyl” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər. Saat 18:00-da başlayacaq növbəti görüşdə isə “DH Volley” kollektivi “Turan”ı sınağa çəkəcək.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Paraqraf.com 

Loading