Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb
SİYASƏT

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb

12 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Somali, Sudan və Burundinin müdafiə nazirlikləri Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 11-də Somalinin müdafiə naziri Ahmed Moallim Fiqi, Sudanın müdafiə naziri Hassan Daoud Kabroun Kayan və Burundinin müdafiə nazirinin müavini general Marius Ngendabanka ilə görüşüb.

Görüşlərdə tərəflər öz ölkələrində müdafiə sənayesinin mövcud vəziyyəti, istehsal potensialı və prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı birgə tədqiqat imkanları, kadr hazırlığı, təcrübə mübadiləsi və ixtisaslaşmış təlim mexanizmləri, həmçinin innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllər, silah və texnikanın modernizasiyası, eləcə də sərgi çərçivəsində təqdim olunan yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin artımını qeyd ediblər

Next

BMT rəsmisi: Azərbaycanın WUF13-ə böyük maraq göstərməsi göz önündədir

Copyright 2026— Praqraf.com. All rights reserved