21 Okt 2026, Ç

Şifer qadağan edilir: Tikinti bazarında bahalaşma gözlənilirmi?

PAYLAŞIN:

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.

Əmlak eksperti Elnur Azadov “Paraqraf.com”a açıqlamasında bildirib ki, şiferin istehsalı və istifadəsi qadağan edilir:

Эльнур Азадов: Рост цен на жилье в Баку начался с момента ...

“Şifer kanserogen maddələr siyahısına daxil edilib. Əslində, Avropa bu materialın istifadəsini çoxdan qadağan edib. Azərbaycanda da şiferin qadağan olunması ilə bağlı gec də olsa, tədbirlər planı həyata keçirilir”.

Ekspert qeyd edib ki, şifer Sovet hökuməti dövründə inşa olunan fərdi evlərin dam örtüklərində istifadə olunub:

“Şifer uzun illər açıq havada qaldığına görə, mövcud evlərin dam örtüklərində qalması artıq heç bir əks təsir yaratmır. Azərbaycanda şiferdən ibarət materiallara daha çox dam örtüklərində və kanalizasiya borularında rast gəlinir. Ölkədə 10 ildən artıqdır ki, bu materialdan istifadə olunmur. Kanalizasiya boruları artıq polietilen borularla əvəz edilir. Fərdi evlərin dam örtüklərində isə daha yüngül metal və digər alternativ materiallardan istifadə olunur. Buna görə də şiferin qadağan edilməsi Azərbaycanda inşaat materiallarının bahalaşmasına səbəb olmayacaq”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading