21 Okt 2026, Ç

İmişlidə avtomobil qəzası olub, üç qadın xəsarət alıb

PAYLAŞIN:

İmişli rayonunda üç qadının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Paraqraf.com-un məlumatına görə, xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, dirsək nahiyyəsinin yarası, qapalı kəllə-beyin travması, sol diz və baldırın sıyrıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Paraqraf.com 

Loading