Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Leyla Əliyeva “Yüksələn işıq” sərgisində iştirak edib
MANŞET

Leyla Əliyeva “Yüksələn işıq” sərgisində iştirak edib

10 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisində iştirak edib.

Paraqraf.com xəbər verir ki, Reza Deqati Leyla Əliyevaya sərgi ilə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleləri və hekayələri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları və ölkələri birləşdirir. Bu sərgi səyahətin təkcə uçuşla deyil, həmçinin ilhamla başladığını xatırladır.

“Yüksələn işıq” sərgisi AZAL, “Boeing” və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə tərəfdaşlığı ilə reallaşdırılıb. Bu tərəfdaşlıq “Azərbaycan Hava Yolları” QSC ilə “Boeing” arasında uzunmüddətli və strateji əməkdaşlığın bir hissəsidir, həmçinin müasir aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin və sərnişin rahatlığının artırılması, eləcə də Azərbaycanın qlobal aviasiya məkanındakı mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sərgi insanları, məkanları və mədəniyyətləri birləşdirən görünməz bağlardan bəhs edir. Məhz bu baxış bucağı ilə AZAL Azərbaycanı dünya ilə qovuşdurur, səyahətləri sadə marşrutlardan kənara çıxararaq yaddaqalan, mənalı hekayələrə çevirir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib

Next

Tomas Tuxel “Nyukasl”ın baş məşqçisi postuna əsas namizədlərdəndir

Copyright 2026— Praqraf.com. All rights reserved