Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Əmrah Həsənlidən nazirliyə çağırış: Məktəblər üçün vahid təhlükəsizlik modeli tətbiq edilməlidir
MANŞET

Əmrah Həsənlidən nazirliyə çağırış: Məktəblər üçün vahid təhlükəsizlik modeli tətbiq edilməlidir

08 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

“Son günlər ümumtəhsil müəssisələrində baş verən təhlükəli hadisələr məktəblərdə təhlükəsizlik sisteminin daha ciddi şəkildə təşkil edilməsinin vacibliyini bir daha gündəmə gətirib”.

Paraqraf.com xəbər verir ki, bu barədə Təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli aidiyyəti qurumlara müraciət edib.

O qeyd edib ki, məktəb yalnız təhsil məkanı deyil, eyni zamanda şagird və müəllim üçün təhlükəsiz mühit olmalıdır. Cəmiyyətdə artan narahatlıq onu göstərir ki, məktəblərdə təhlükəsizlik məsələsi artıq təkcə məktəb rəhbərliyinin daxili nəzarət mexanizmləri ilə məhdudlaşa bilməz.

Əmrah Həsənlinin sözlərinə görə, təhsil müəssisələrində müəllimlərin və şagirdlərin özlərini təhlükəsiz hiss etməsi, tədris prosesinin sağlam mühitdə davam etməsi və valideynlərin məktəblərə olan etimadının qorunması üçün bu sahədə sistemli və institusional tədbirlərin görülməsi zəruridir.

Bu məqsədlə təhsil eksperti məktəblərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb. Təkliflərə aşağıdakılar daxildir:

– Ümumtəhsil müəssisələrində Daxili İşlər Nazirliyinin Mühafizə Xidməti vasitəsilə mühafizə sisteminin təşkili və ya məktəblər üçün vahid təhlükəsizlik modelinin tətbiqi;
– Məktəblərin giriş-çıxışına nəzarətin gücləndirilməsi, kənar şəxslərin qeydiyyatsız şəkildə məktəbə daxil olmasının məhdudlaşdırılması;
– Təhlükəli əşyaların məktəbə gətirilməsinin qarşısını almaq məqsədilə təhlükəsizlik yoxlamalarının və nəzarət mexanizmlərinin gücləndirilməsi;
– Məktəblərdə təhlükəsizlik kameralarının və müşahidə sistemlərinin daha effektiv şəkildə işləməsinin təmin olunması;
– Şagirdlərin və müəllimlərin təhlükəsizliyinin qorunması üçün fövqəladə hallara hazırlıq və profilaktik tədbirlərin artırılması.

Əmrah Həsənli vurğulayıb ki, son dövrlərdə müşahidə olunan hadisələr məktəblərdə təhlükəsizlik məsələsinə yalnız inzibati yanaşmanın kifayət etmədiyini göstərir. Onun fikrincə, məktəblərdə təhlükəsizlik peşəkar və institusional mexanizmlər vasitəsilə təmin edilməlidir.

Təhsil eksperti hesab edir ki, bu istiqamətdə atılacaq addımlar müəllimlərin qorunmasına, məktəbdə nizam-intizamın möhkəmlənməsinə, valideynlərin etimadının artmasına və gələcəkdə oxşar risklərin minimuma endirilməsinə mühüm töhfə verəcək.

Ləman
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb

Next

Əraqçi: İran nüvə silahı hazırlamağa can atmır

Copyright 2026— Praqraf.com. All rights reserved