Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan Premyer Liqasında XIX tura iki oyunla start veriləcək
İDMAN

Azərbaycan Premyer Liqasında XIX tura iki oyunla start veriləcək

08 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Misli Premyer Liqasında bu gün XIX tura start veriləcək.

Paraqraf.com xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Sabah” evdə “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüş “Bank Respublika Arena”da, saat 16:00-da start götürəcək. “Sabah” hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan “Araz-Naxçıvan”ın 27 xalı var.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək. “Sumqayıt” hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var.

Misli Premyer Liqası

II dövrə, XIX tur

8 fevral

16:00. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Bank Respublika Arena”

18:30. “Sumqayıt” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Əliyev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İtaliyalı qadın konkisürən olimpiya rekorduna imza atıb

Next

Sinifdən kənarda qalan həqiqətlər

Copyright 2026— Praqraf.com. All rights reserved