22 Sen 2026, Ça

Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama matçını keçirib

PAYLAŞIN:

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

Paraqraf.com AFFA-ya istinadən xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 ilk yoxlama oyununda 3:2 hesablı qələbə qazanıb.

Paraqraf.com 

Loading