Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/9 fevral – görkəmli alim Maarif Əkbərovun doğum günüdür
CƏMİYYƏT

9 fevral – görkəmli alim Maarif Əkbərovun doğum günüdür

08 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Fevralın 9-u tanınmış riyaziyyatçı-alim, fəlsəfə elmləri doktoru, professor Maarif Süleyman oğlu Əkbərovun doğum günüdür.

Maarif Əkbərov 9 fevral 1930-cu ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olub. O, 1953-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib və əmək fəaliyyətinə həmin institutun cəbr-həndəsə kafedrasında başlayıb. 1953–1959-cu illərdə elementar riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışıb.

1959-cu ildə Moskva Dövlət Universitetinin riyaziyyatın fəlsəfə problemləri ixtisası üzrə əyani aspiranturasına daxil olan alim, 1962-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 1963-cü ildən etibarən ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsində fəaliyyət göstərib, həndəsə-cəbr, cəbr və topologiya, həndəsə kafedralarında çalışıb. O, 1980–1992-ci illərdə cəbr və topologiya kafedrasına rəhbərlik edib.

1970–1972-ci illərdə Moskva Dövlət Universitetində doktorantura təhsili alan Maarif Əkbərov “Riyaziyyatın bəzi fəlsəfi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Alim 3 monoqrafiyanın, 18 kitabın, 3 dərs vəsaitinin və 100-dən artıq elmi, elmi-metodik və publisist məqalənin müəllifidir.

Maarif Əkbərov 2006-cı ildə Bakıda vəfat edib. Onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan elminin inkişafında mühüm yer tutur.

Misir Mərdənov

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Sulutəpə” dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb

Next

SENSASİYA: Rusiya elitası Putinə əvəz axtarır

Copyright 2026— Praqraf.com. All rights reserved