Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Müharibənin içində doğan ümid
MANŞETÖZƏL

Müharibənin içində doğan ümid

08 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Yer üzündə müharibə başlamışdı. Dünya həm müharibə, həm də xəstəliklərlə dolu idi. İnsan insan üzərində hakimiyyət qurmaq istədiyi üçün bəşəriyyət məhvə doğru sürüklənirdi. İnsanların hakimiyyət sevdası, bir-birinə qarşı düşmənçiliyi, ürəklərindəki nəfs, düşüncələrindəki tayfa, dil və din ayrılığı Allahın bizə bəxş etdiyi həm gözəl ruha, həm də gözəl dünyaya zərər vururdu.

Hər insan özünə görə haqlı idi, lakin bilmirdilər ki, bizə bəxş edilən hər şeyin hökmü ruhumuzla birlikdə Allaha məxsusdur.

Bir zamanlar müharibə davam edirdi. Şəhər kənarında bir ailə yaşayırdı. Gecə-gündüz yatmaq mümkün deyildi. Atılan mərmilərin səsi, insanların qorxu içində evlərə sığınması, aclığın verdiyi əzab onları acizliyə və ruhsuzluğa sürükləyirdi.

Bu gəncin isə öz dünyası var idi. Elə bir dünya ki, onu sözlə ifadə etmək çətin idi. Arzuları böyük idi. Onun üçün Allah sevgisi hər şeyin gözəlliyinin əsas səbəbi sayılırdı. Silahı mərhəmət, gücü isə mehribanlıq idi.

Şəhərə mərmilər yağırdı. Bir axşam saatlarında bombalı mərmi onların evinə düşdü. Gənc ölmədi. Gözlərini açanda gördüklərinə inanmadı. Tamamilə başqa bir dünyada idi. Sular axırdı, quşların səsi eşidilirdi, heyvanlar bir-biri ilə dost yaşayırdı. Ağacların çiçəkləri, meyvələri, ətri, şəlalələrin ağaran suları insanı valeh edirdi.

Bu dünyada insanlar hakimiyyət uğrunda yox, bir-birinə kömək edərək, əl-ələ verib yaşayırdılar. Mərmilər yox idi, kəsici sözlər yox idi. Onların yerini ağaclar, güllər və sevgi almışdı. Sülh içində bir həyat hökm sürürdü.

Bu dünyada bir bayraq, bir dövlət, bir din var idi. O da Allah sevgisi idi. Allahın sevgisi ilə bu dünya daha gözəl, daha mərhəmətli görünürdü.

Bir an gənc ayıldı və özünü xəstəxanada gördü. Yenə mərmi səsləri, yenə qorxu… İnsanlar nə istədiklərini bilmirdi. Hər kəs öz nəfsi uğrunda başqasına zərər verir, dünyanı qaranlıq düşüncələri ilə məhv edirdi.

Gəlin bir olaq, birlikdə birləşək. Əlimizdəki silahları atıb elmə və təhsilə sarılaq. Yer üzünü məhv etməyək. Allahın bizə verdiyi ruhu çirkləndirməyək. Nə gözəl olardı ki, dünyamız mərhəmət və sülh içində olsun. Bu da bizim əlimizdədir.

Mən də o gənc kimi düşünürəm. İnanıram ki, biz dəyişə bilərik.

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Next

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Copyright 2026— Praqraf.com. All rights reserved