22 Sen 2026, Ça

Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 14 %-dən çox azaldıb

PAYLAŞIN:

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 8,191 milyon ABŞ dolları dəyərində polad idxal edib.

Paraqraf.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % azdır.

Hesabat dövründə Türkiyənin polad ixracının ümumi dəyəri illik müqayisədə 12,9 % azalaraq 1 milyard 85 milyon ABŞ dolları olub.

Türkiyədən bu məhsulun idxalını ən çox İtaliya 60,561 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 34,8 % çox), Almaniya 58,559 milyon ABŞ dolları (7,8 % az) və Rumuniya 51,147 milyon ABŞ dolları (50,6 % az) dəyərində həyata keçirib.

Paraqraf.com 

Loading