22 Sen 2026, Ça

Azərbaycan Basketbol Liqası: XVI turun daha bir oyunu bu gün baş tutacaq

PAYLAŞIN:

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu bu gün baş tutacaq.

Paraqraf.com-un məlumatına görə, NTD “Gəncə”nin qonağı olacaq.

Gəncə Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 14:00-da start götürəcək.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub edib.

Paraqraf.com

Loading