22 Sen 2026, Ça

Azərbaycan Basketbol Liqası: “Gəncə” NTD-ni məğlub edib

PAYLAŞIN:

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.

Paraqraf.com-un məlumatına görə, NTD “Gəncə”nin qonağı olub.

Gəncə Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 104:85.

“Gəncə” A qrupunda 24 xalla üçüncü, NDT 18 xalla sonuncu altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub edib.

Paraqraf.com 

Loading