22 Sen 2026, Ça

XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək

PAYLAŞIN:

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.

Paraqraf.com-un məlumatına görə, xizəklə tramplindən tullanma, fiqurlu konkisürmə, buz xizəyi, körlinq, dağ xizəyi və hokkey üzrə mübarizə baş tutacaq.

Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi bu gün baş tutacaq. Yarışa fevralın 22-də yekun vurulacaq.

Paraqraf.com 

Loading