Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ombudsman “İdrak” liseyində baş verən insidentlə bağlı açıqlama yayıb
MANŞET

Ombudsman “İdrak” liseyində baş verən insidentlə bağlı açıqlama yayıb

06 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur.

Paraqraf.com xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) uşaqların iştirakı ilə baş vermiş neqativ hallarla bağlı açıqlamasında yer alıb.

Bildirilib ki, uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.

Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

“İdrak” liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.

Bir daha media nümayəndələrinə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İngiltərədə Azərbaycanın rəqəmsal iqtisadiyyat təcrübəsinə dair təqdimat keçirilib

Next

Azərbaycan Rusiyaya nota verib

Copyright 2026— Praqraf.com. All rights reserved