21 Sen 2026, Be

Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərilib

PAYLAŞIN:

Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Paraqraf.com-a veirlən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Jeep”“Mitsubishi” markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

Paraqraf.com 

Loading