Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Zelenskinin fotosu Kupyanskın çıxışında çəkilib”
DÜNYA

“Zelenskinin fotosu Kupyanskın çıxışında çəkilib”

13 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin görüntüləndiyi şəkil Kupyanskın çıxışında çəkilib”.

Paraqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi tarixçi və analitik Yevgeni Norin çıxış edib.

O, fotonun Kupyanskın qərbində, Xarkov küçəsində çəkildiyinə diqqət çəkib: “Yəni Zelenski xəritələrdə bizimki kimi göstərilən ərazidən kənarda yerləşir”.

Rusiya Dövlət Dumasının üzvü Aleksey Çepa isə Ukrayna liderinin Kupyansk istiqamətinə səfərinin PR (piar) aksiyası olduğunu iddia edib.

Qeyd edək ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə adıçəkilən şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə etmişdi. Ötən gün isə Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayımlayıb, paylaşımına “Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır” sözlərini əlavə edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Avropa liderləri və Zelenski ilə görüşəcək

Next

Rusiyada “Honkonq qripi”ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Copyright 2026— Praqraf.com. All rights reserved