Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/David Seliverstov: “Mən yaxşı bilirəm 90 min dollar nədir. Çingiz Qənizadə də yaxşı bilir bu 90 min dollar nədir”
MANŞET

David Seliverstov: “Mən yaxşı bilirəm 90 min dollar nədir. Çingiz Qənizadə də yaxşı bilir bu 90 min dollar nədir”

04 Sentyabr 2026
PAYLAŞIN:

“Magen David Azerbaijan” insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisi Nizami Məmmədovla bağlı məsələlər, onun məhkəmə prosesi və Çingiz Qənizadənin mövqeyi ətrafında sosial şəbəkələrdə özünün şəxsi səhifələrində sərt açıqlama ilə çıxış edib.

Paraqraf.com Sonxeber.az-a istinadən xəbər verir ki, David Seliverstov bildirib ki, Çingiz Qənizadənin “90 min” məsələsi ilə bağlı açıqlama verməsini gözləmək niyyətində deyil və bu məsələ ilə bağlı özü geniş faktlar və sübutlar ortaya qoymağa hazırdır:

“Çingiz Qənizadə 90 minə bağlı açıqlama vermək istəmir. Mən bununla bağlı geniş faktlar və sübutlar ortaya qoyacam.
Nizami Məmmədov 2021-ci ildə DTX tərəfindən həbs edilib və məhkəmə qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Söhbət Müdafiə Nazirliyinin sabiq maliyyə-büdcə rəisindən gedir. Onun istintaq dövründə təxminən 12 milyon manat məbləğində dəymiş zərəri ödədiyi bildirilir.

Eyni zamanda, istintaq və məhkəmə materiallarında Müdafiə Nazirliyinin büdcəsindən mütəşəkkil dəstə tərəfindən böyük məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı ittihamlar yer alıb. Məhkəmənin müəyyən etdiyi zərərin Nizami Məmmovun üzərinə düşən hissəsinin 18 milyon manatdan çox olduğu bildirilir. Hazırda Nizami Məmmədovun işi Apellyasiya Məhkəməsindədir.

Mən düşünürəm ki, məhkəmələrimiz kifayət qədər humanistdir. Nizami Məmmədə 11 il 6 ay cəza verilib və o, məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız ərazi bütövlüyümüz uğrunda mübarizə aparırdığı dövrdə dövlətin, ordunun büdcəsi ilə bağlı ağır nəticələr doğuran əməllərin törədilməsi cəmiyyət tərəfindən çox ciddi qiymətləndirilməlidir.

Görürəm ki, Çingiz Qənizadə əsgərin, ordunun və dövlətin qalxanı olan büdcəyə zərər vurmaqda təqsirləndirilən şəxsə kifayət qədər isti münasibət bəsləyir. Çingiz Qənizadə özünün Rəşad adlı dostu və bir icra başçısının atası ilə birlikdə Babək prospektində yerləşən restoranda görüşlər keçirir və həmin görüşlərdə Nizami Məmmədovun məhkəmə işi ilə bağlı məsələləri müzakirə edir, məhkəmə prosesinə təsir göstərməyə cəhdlər göstərir”.

David Seliverstov vurğulayıb ki, yaxşı olar ki, Çingiz Qənizadə bu barədə açıqlama versin. Əks halda, mən həmin açıqlamanı vermək məcburiyyətində qalacağam:

“Mənim mövqeyim aydındır: dövlətimizin büdcəsinə zərər vuran, dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidirlər. Şəhidlərimizin, qazilərimizin və veteranlarımızın haqqı yerdə qalmamalıdır”.

“Nizami Məmmədovun sentyabr ayında təyin olunan məhkəməsində ədalətli qərar çıxarılacağına inanıram. Mən məhkəməyə müdaxilə etmək istəmirəm və belə bir səlahiyyətim də yoxdur. İnanıram ki, Apellyasiya Məhkəməsi müstəqil və ədalətli qərar qəbul edəcək və əvvəlki qərarı qüvvədə saxlayacaq.

Eyni zamanda, səhər Çingiz Qənizadədən cavab gözləyirik. Onu Rəşad adlı şəxslə, Nəsimi Məmmədovla və həmin icra başçısının atası ilə nə bağlayır? Ortada hansı maraqlar var? Bu sualların cavabını cəmiyyətə açıqlasın. Mən yaxşı bilirəm 90 min dollar nədir. Sən də yaxşı bil, Çingiz Qənizadə, o 90 min dollar nədir.Özünü mafioz hesab edib kafe və restoranlarda iş həll etmək dövrü deyil. AXCP vaxtı deyil. Ayıl!”.

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Universitetə qəbul olmaq uğurun ölçüsüdürmü? – təhsil eksperti ilə MÜSAHİBƏ

Next

Sibiqa: Müharibənin bir günü Ukraynaya 450 milyon dollara başa gəlir

Copyright 2026— Praqraf.com. All rights reserved