22 Okt 2026, Ca

“Qarabağ” bu gün Avstriyada “Tirol” klubu ilə üz-üzə gələcək

PAYLAŞIN:

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək.

Paraqraf.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gələcək.

“In Gernot Langes” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib – 4:3.

 

Paraqraf.com 

Loading