DÇ-2026: Son 3 oyunda uduzmayan Kabo Verde pley-offa yüksələrək Argentinaya rəqib olub
Futbol üzrə dünya çempionatında Kabo Verde Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
Paraqraf.com-un məlumatına görə, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb – 0:0.
Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb. Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq.
Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu yeri tutub və turnirlə vidalaşıb.
Paraqraf.com
![]()