21 Okt 2026, Ç

Sumqayıtda ev yanıb, bir nəfər ölüb

PAYLAŞIN:

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın olub.

Paraqraf.com xəbər verir ki, hadisə beton zavod ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yanğın zamanı 1969-cu il təvəllüdlü Səxavət Səmədov ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Paraqraf.com 

Loading