Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Xaricdə tutulan 3 nəfər Azərbaycana gətirildi
HADİSƏ

Xaricdə tutulan 3 nəfər Azərbaycana gətirildi

20 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşları – Ruad Yaşar oğlu Məmmədov, Xəyal Rasim oğlu Əsgərov və Zaur Əyyub oğlu Əyyubovun ekstradisiyaları həyata keçirilib.

Paraqraf.com Baş Prokurorluğa istinadən xəbər verir ki, müvafiq vəsatətlər aidiyyəti olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib.

Belə ki, Ruad Yaşar oğlu Məmmədov və Xəyal Rasim oğlu Əsgərovun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib.

Onlar ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zaur Əyyub oğlu Əyyubov məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib, Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tarix yazan qəhrəmanlar heç vaxt unudulmur

Next

Gəncədə gənc oğlanı bıçaqlayan şəxs tutulub

Copyright 2026— Praqraf.com. All rights reserved