Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanda qarlı hava nə vaxta qədər davam edəcək?
CƏMİYYƏT

Azərbaycanda qarlı hava nə vaxta qədər davam edəcək?

20 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Paraqraf.com xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 21-də gündüzədək davam edəcək:

“Yanvarın 22-dən havanın mülayimləşəcəyi, əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-də 3, dağlıq rayonlarda 7 dərəcəyədək şaxtadır”.

 

paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“İnter” müdafiə xəttinə gənc oyunçu transfer edib – FOTO

Next

Bu illərdə Türkiyə İsrailin ən böyük ticarət tərəfdaşlarından olub

Copyright 2026— Praqraf.com. All rights reserved