Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Yaponiya Baş naziri Hörmüzün bağlanması fonunda enerji resurslarına qənaət etməməyə çağırıb
DÜNYA

Yaponiya Baş naziri Hörmüzün bağlanması fonunda enerji resurslarına qənaət etməməyə çağırıb

27 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Yaponiya Baş naziri Sanae Takaiti ölkə vətəndaşlarını Yaxın Şərqdə qeyri-müəyyən vəziyyətin hökm sürməsinə baxmayaraq, iqtisadi və ya sosial fəaliyyəti azaltmamağa çağırıb.

Paraqraf.com “Kyodo”ya istinadən xəbər verir ki, baş nazir bunu parlamentdə çıxışı zamanı bildirib.

Takaitinin sözlərinə görə, o, Yaxın Şərqdəki münaqişə səbəbindən təchizatla bağlı qeyri-müəyyənlik fonunda enerji istehlakının azaldılması çağırışlarına qarşıdır.

“Hesab edirəm ki, hazırkı mərhələdə iqtisadi və ya sosial fəaliyyət dayandırılmamalıdır. Hökumət digər mənbələrdən neft təchizatının təmin edilməsi üzərində çalışır”, – o bildirib.

Onun parlamentdəki çıxışı Hörmüz boğazının faktiki olaraq bağlanması fonunda səsləndirilib. Bu, təbii resurslarla zəif təmin olunmuş digər Asiya ölkələrinin yanacaq istehlakı ilə bağlı çağırışlar etməsinə səbəb olub.

“Kyodo” qeyd edib ki, boğazın bağlanmasından zərər çəkən digər Asiya ölkələri kimi, Cənubi Koreya da vətəndaşlarını elektrik enerjisi istehlakını azaltmağa çağırıb, Malayziya isə enerji istehlakını azaltmaq üçün distant iş modelini təşviq etməyə başlayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya “Çernomorsk” limanına hücum edib

Next

İndoneziyada mülki əhali ilə polis arasında toqquşmalar baş verib

Copyright 2026— Praqraf.com. All rights reserved