PAYLAŞIN:

Yeni tədris ilinə yeni baxışlar, yeni yanaşmalar və keyfiyyətli başlanğıc üçün bir araya gəlirik!

Azərbaycan Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun tərəfdaşlığı, Azərbaycan müəlliminin media dəstəyi ilə “Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçiriləcək.

Konfrans çərçivəsində yeni tədris ilinə effektiv hazırlıq, məktəbdə keyfiyyətli təhsil mühitinin formalaşdırılması, müasir müəllim yanaşmaları və təhsildə yeni imkanlar müzakirə olunacaq.

– Məkan: Bakı şəhəri 23 nömrəli tam orta məktəb
•Tarix: 19 sentyabr
• Saat: 10:00

Qeydiyyat linki: https://forms.gle/gjQTqURKuCLp6uSD8

Təhsil sahəsində çalışan direktorlar, direktor müavinləri, metodistlər, müəllimlər, mütəxəssislər və təhsil ictimaiyyətinin nümayəndələrini bu dəyərli görüşə dəvət edirik.

Yeni tədris ilinə birlikdə, keyfiyyətli başlayaq!

Paraqraf.com

Loading