PAYLAŞIN:

“Fənər Nəşriyyatı”nın təşkilatçılığı ilə müəllimlərin iştirakı ilə səhər yeməyi görüşü keçirilib. Görüşdə təhsilin inkişafı, müəllim nüfuzunun artırılması və oxu-anlama bacarıqlarının formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirak edən qonaqlardan biri çıxışı zamanı təhsilin bu gün üçün əsas prioritetlərindən danışıb. Bildirilib ki, müəllim nüfuzunun yüksəldilməsi və şagirdlərdə sağlam oxu bacarıqlarının formalaşdırılması təhsil sisteminin inkişafında mühüm amillərdir.

Çıxışda xüsusilə son günlər aktuallığı artan oxu-anlama probleminə diqqət çəkilib. Qeyd olunub ki, möhkəm təməl üzərində formalaşdırılan oxu bacarığı və nüfuzlu müəllim amili təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas sütunlarındandır.

Görüş zamanı qarşıdan gələn yeni tədris ili münasibətilə müəllimlər təbrik edilib, onlara şərəfli fəaliyyətlərində tükənməz enerji və uğurlar arzulanıb.

Tədbirdə bildirilib ki, müəllimlərin motivasiyasının artırılması, təcrübə mübadiləsinin aparılması və onların fikir və təkliflərinin dinlənilməsi baxımından bu cür səmimi görüşlərin keçirilməsi əhəmiyyətlidir.

Görüşün sonunda tədbirin təşkilinə görə “Fənər Nəşriyyatı”na təşəkkür ifadə olunub və yeni tədris ilinin uğurlu, bərəkətli olması arzulanıb.

Возможно, это изображение один или несколько человек и люди улыбаются

Возможно, это изображение стол

Возможно, это изображение один или несколько человек и текст "NaR IaR"

Возможно, это изображение костюмВозможно, это изображение один или несколько человек и костюм

Loading