PAYLAŞIN:

PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur.

Paraqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qimətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

O qeyd edib ki, Azərbaycanın PISA nəticələri üzrə göstəriciləri sıçrayışdır:

“PISA nəticələrimizlə bağlı yaxşı xəbərlərdə ən böyük pay müəllimlərindir. Bugünkü nəticələrə əsasən ciddi artımdan danışırıqsa, bu, Azərbaycan müəllimlərinin uğurudur”.

Nazir vurğulayıb ki, PISA müəllim faktorundan əlavə digər amilləri də ölçür:

“Tədqiqat nəticələrini ölçmək və bu nəticələr əsasında araşdırmalar aparmaq isə alimlərin işidir. Biz çox istərdik ki, alimlər bu istiqamətdə tədqiqatlar aparsınlar”.

 

Paraqraf.com 

Loading